DİQQƏT: Bu ərazidə obyektlər söküləcək

4-04-2025, 11:04 659 dəfə baxılıb

 

Sumqayıtla Abşeronu birləşdirən Saray körpüsünün ətrafında yerləşən və hərəkətə maneə törədən obyektlər söküləcək.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, körpüyə giriş-çıxış hissələrində yerləşən bəzi obyektlər sürücülərin rahat hərəkətinə maneə törədir. Hətta pik saatlarda sıxlıq müşahidə edilir və qəzalar olur.

Problemin həlli məqsədilə aidiyyəti qurumlar tərəfindən monitorinq aparılıb. Araşdırmalar nəticəsində müəyyən edilib ki, bəzi obyektlər yol kənarında yerləşir və nəqliyyat axınını çətinləşdirir.

Dövlət qurumları tərəfindən artıq bu obyektlərin sökülməsi ilə bağlı qərar verilib. Sözügedən obyektlərin sahiblərinə xəbərdarlıq edilib və onlara müəyyən müddət ərzində obyektlərini boşaltmaları üçün vaxt veriləcək. Müddət başa çatdıqdan sonra isə aidiyyəti orqanlar tərəfindən söküntü işlərinə başlanacaq.


 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031