Sürücülük vəsiqəsinin dəyişdirilməsi ilə bağlı YENİLİK - VİDEO

1-04-2025, 11:31 123 dəfə baxılıb

 

Vətəndaşlar şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, ümumvətəndaş pasportunun verilməsi və dəyişdirilməsi kimi Daxili İşlər Nazirliyinə aid ödənişləri bank növbəsi gözləmədən seçim edib həyata keçirə bilərlər.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, vətəndaş “E-Polis” mobil tətbiqə daxil olub “Ödənişlər” bölməsindən şəxsiyyət vəsiqəsi identifikasiya metodunu seçərək özü və ya başqa bir şəxs üçün ödəniş edə bilər:

“Digər şəxs üçün ödəniş edərkən həmin vətəndaşın şəxsiyyət vəsiqəsi məlumatlarını qeyd edib müvafiq sənəd rüsumunun ödənişi üçün uyğun xidmət növünü seçməlisiniz. Kart məlumatlarını tam şəkildə daxil etdikdən sonra ödəniş uğurla həyata keçərsə, balansa aktiv məbləğ əlavə olunur və müraciətiniz üzrə həmin balansdakı məbləğdən istifadə edilir.

Sənəd nömrəsi seçimində isə ödəniş etmədən yeni və ya dəyişdirmək istədiyiniz sənədlər üçün xüsusi kod təqdim olunur. Həmin kodu “Sənəd nömrəsi” hissəsinə əlavə edərək dövlət rüsumunu onlayn qaydada ödəyə bilərsiniz.

Şirkətlər isə öz VÖEN nömrələrini daxil edərək xidmətdən yararlana bilərlər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930