Əhaliyə XƏBƏRDARLIQ: dəqiq tarix verildi – 6 BAL GÜCÜNDƏ…

31-03-2025, 19:22 210 dəfə baxılıb

 

Aprel ayında Yerin maqnit sahəsində bir neçə geomaqnit qasırğası proqnozlaşdırılır.

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bu qasırğalar Günəşdə baş verən partlayışlar nəticəsində yaranan və Yerin maqnit sahəsinə təsir edən hadisələrdir. Meteohəssas insanlar üçün bu dövrlər sağlamlıq problemləri yarada bilər.

Proqnozlara görə, aprelin 1-də və 2-də 4 bal gücündə zəif maqnit qasırğası gözlənilir.

Növbəti belə hadisə aprelin 10 və 11-də eyni güclə baş verəcək.

Aprelin 16 və 17-də üçüncü qasırğa da 4 bal gücündə proqnozlaşdırılır.

Ayın sonunda – aprelin 20 və 21-də isə ən güclü maqnit qasırğası gözlənilir və onun gücü 6 bala çatacaq.

Maqnit qasırğaları zamanı bəzi insanlarda baş ağrısı, başgicəllənmə, ürəkbulanma, qan təzyiqinin yüksəlməsi və ümumi halsızlıq kimi əlamətlər müşahidə edilə bilər. Bu dövrlərdə sağlam həyat tərzi qaydalarına riayət etmək, stressdən uzaq durmaq, balanslı qidalanmaq və kifayət qədər istirahət etmək tövsiyə olunur.

Qeyd edək ki, maqnit qasırğalarının təsiri fərdi olaraq dəyişə bilər və hər kəsə eyni cür təsir etməyə bilər. Buna görə də, öz sağlamlığınıza diqqət yetirmək və lazım gəldikdə müvafiq tədbirlər görmək vacibdir. Musavat.com

Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930