Fırıldaqçıların yeni oyunu: “Bank kartını icarəyə ver, 5000 manat qazan”

28-03-2025, 12:50 167 dəfə baxılıb

 

“Bank kartını icarəyə ver, 5000 manat qazan” kimi elanlar artıq sosial şəbəkələrdə tez-tez qarşımıza çıxır.

Məlum məsələdir ki, heç kim qarşılıqsız pul verməz. Burada bir sual ortaya çıxır. Bank kartını icarəyə götürən şəxslər ondan hansı məqsədlər üçün istifadə edə bilərlər?
 Yenisirvanli.İnfo.Az xəbər verir ki, İT mütəxəssisi Əmrah Mövsümzadənin sözlərinə görə, insanların hesablarını başqalarına icarəyə vermələri onların şəxsi məlumatlarının kibercinayətlər zamanı istifadəsinə səbəb ola bilər:
“Tez-tez müşahidə olunur ki, vətəndaşların şəxsi informasiyaları təhlükəli proseslərdə istifadə edilir”.
Hüquqşünas Hikmət Əliyev isə bildirib ki, əgər hər hansı şəxs bank kartını və ya ona bağlı olan mobil tətbiqi könüllülük əsasında başqa bir şəxsin istifadəsinə verirsə, burada hüquqazidd davranış yoxdur:
“Əgər həmin bank kartı vasitəsilə hər hansı cinayətin törədilməsi nəzərdə tutulub və vətəndaş bunu bildiyi halda kartını təqdim edibsə, onun da əməlində cinayət tərkibi var. İşin hallarından asılı olaraq kart sahibi cinayət məsuliyyətinə cəlb edilə bilər”.
Ətraflı Baku TV-nin süjetində:
 Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930