Balakəndə şəhidin xatirə muzeyini kürəkən yandırıbmış – TƏFƏRRÜAT

26-03-2025, 18:20 169 dəfə baxılıb

 

Balakən rayonunun Kortala kəndində gecə saatlarında Vətən Müharibəsi şəhidi Əsgər Hüseynovun xatirəsinə inşa edilən yardımçı tikilidə yanğın baş vermişdi.

 Yenisirvanli.İnfo.Az xəbər verir ki, yanğının hansı səbbədən baş verməsinin təfərrüatı məlum olub.

Məlumata görə, şəhidin valideynləri Müslümat və Vaqif Hüseynovlar həmin həyətdə yaşayırmışlar.

Yanğın ilk olaraq həyətdəki ot tayasında başlayıb. Sonra isə yaxınlıqda şəhidin xatirə mzueyi kimi tikilmiş evə keçib.

Araşdırma zamanı məlum olub ki, yanğını Vaqif Hüseynovun qızının əri törədib. Belə ki, Vaqif Hüseynovun qızı Leyla əri Elmarla ailə münaqişəsi zəminində mübahisə edərək ata evinə gəlib. Elmar uşağını görmək istəsə də Leyla bununla razılaşmayıb.

Elmar bundan qəzəblənərək həyətdəki ot tayasını yandırıb. Alov ot tayasından tövləyə, oradan da tikiliyə keçib.

Baş verən yanğın zamanı şəhid ailəsinə 15 min manat ziyan dəyib. Şəhid ailəsi bu əməlinə görə Elmarı bağışlayıb.

Maraqlıdır ki, hadisə baş verəndən bir neçə dəqiqə sonra Elmar Leylaya zəng edərək ona “keçmiş olsun” da deyib.

Elmar zərərdən sadəcə 1500 manatını ödəyib.

Bu əməlinə görə cinayət məsuliyyətinə cəlb edilən Elmar 3 il azadlıqdan məhrum edilib.Musavat.com

 Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031