Məktəblərdə rus bölmələri ləğv ediləcək? — AÇIQLAMA

19-02-2025, 18:41 7 dəfə baxılıb

 

 

 

Son günlərdə cəmiyyətdə məktəblərdəki rus bölmələrinin ləğv olunması ilə bağlı müzakirələr geniş vüsət alıb. Bir çoxları hesab edir ki, ana dilinin qorunması üçün rus bölmələri tədricən yığışdırılmalıdır.

Bəs rus bölmələrinin ləğv edilməsinə ehtiyac var? Bu iki ölkə arasındakı münasibətlərə necə təsir göstərəcək?

Yenisirvanli.İnfo.Az xəbər verir ki, mövzu ilə əlaqədar Metbuat.az millət vəkili Ceyhun Məmmədovun fikirlərini öyrənib.

O bildirib ki, bu prosesin tənzimlənməsinə ehtiyac var:

“Bunu birdən-birə həyata keçirməyə ehtiyac yoxdur, addımlar mərhələli şəkildə atılmalıdır. Biz bu prosesi tələsmədən, zamanla həll etməliyik. Artıq məktəblərimizdə bu istiqamətdə müəyyən dəyişikliklər müşahidə olunur. Hazırkı gərgin dövrdə belə bir addımın atılması əlavə problemlər yarada bilər. Ona görə də məsələni tələsmədən və düşünülmüş şəkildə həll etmək daha məqsədəuyğundur”.

Millət vəkili rus bölmələrinin ləğv edilməsini isə tam dəstəkləmir:

“Hesab edirəm ki, məhdud sayda da olsa, rus məktəbləri qalmalıdır. Çünki bizə rus dilində danışa, oxuya bilən və informasiya müharibəsini aparmaq bacarığı olan insanlar lazımdır. Bu baxımdan rusdilli məktəblərin tamamilə bağlanması düzgün addım olmazdı”.
Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031