Şad XƏBƏR: Bu tarixdən müavinət və təqaüdlər ARTACAQ

24-03-2025, 10:21 157 dəfə baxılıb

 

"Müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması üçün Prezident tərəfindən Nazirlər Kabinetinə verilən müddət bu gün başa çatır".

Yenisirvanli.İnfo.Az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.

Millət vəkili, "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Azərbaycan Prezidentinin Sərəncamının 23 dekabr 2024-cü ildə imzalandığını xatırladıb:

"Bu barədə Nazirlər Kabinetinə 3 ay vaxt verildiyini nəzərə alsaq, artıq hökumət tərəfindən sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanmasının başa çatdığını güman etmək olar. Digər tərəfdən, builki sosial paket 3 milyondan çox vətəndaşımızı əhatə edəcək. Bu məqsədlə əlavə olaraq 1.5 milyard manatdan çox vəsaitin ayrılması nəzərdə tutulub. Bu isə o deməkdir, sosial paket maaş və pensiya artımları ilə məhdudlaşmayacaq".

Deputat bildirib ki, müavinət və təqaüdlərin artırılması ilə bağlı sənədin rəsmi təkliflərin təqdimatı başa çatdıqdan sonra imzalanacağı gözlənilir:

"Hansı müavinət və təqaüdlərdə artımların olacağına gəldikdə isə bu, müvafiq sənədin imzalanmasından sonra bilinəcək. Deməli, dövlət başçısının tapşırığına uyğun olaraq yaxın zamanlarda müavinət və təqaüdlərdə artımlar olacaq. Bu, 2025-ci ildə sosial paketin dərinləşməsi və daha çox vətəndaşımızın sosial təminat tədbirlərindən faydalanmasına imkan yaradacaq".

Yenisirvanli.İnfo.Az 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930