Marketlərdə, restoranlarda, hotellərdə aprelin 1-nə qədər… – VACİB XƏBƏR

23-03-2025, 17:00 107 dəfə baxılıb

 

Bayram ərəfəsində qiymət artımı insanları hər il eyni vəziyyətlə qarşı-qarşıya qoyur. Hər dəfə eyni mənzərə: iaşə obyektlərində, turizm zonalarında, hətta nəqliyyat sektorunda qiymət fərqi hiss olunur.

Yenisirvanli.info.az bildirir ki, bu artımın qarşısını almaq mümkündürmü? Yenisabah.az məsələni iqtisadçı Fuad İbrahimovla müzakirə edib.

Ekspert bildirib ki, bayram ərəfəsində qiymət artımı artıq adi hala çevrilib:

“Bu tendensiya hər il müşahidə olunur.12 günlük bayram tətilində iftar süfrəsi təşkil edən iaşə obyektlərində qiymətlərin yüksələcəyi qaçılmazdır. Necə ki, Novruz bayramı zamanı çərəzlər və digər məhsulların bahalaşmasını gördük, eyni vəziyyət burada da təkrarlanacaq.

Bundan əlavə, bayram günlərində bölgələrə səfər edən vətəndaşlar hotel və turizm zonalarında da qiymət fərqini hiss edəcəklər. Təkcə istirahət mərkəzlərində deyil, hətta əvvəllər ödənişsiz olan idman komplekslərindən istifadə üçün belə müəyyən ödəniş tələb olunacaq”.

İqtisadçı qeyd edib ki, təyyarə ilə səyahət etməyi planlaşdıranlar da qiymət artımına hazır olmalıdırlar:

“Əlverişli biletlər öncədən satıldığı üçün qalan biletlər daha baha qiymətə təklif olunacaq.

Bütün bunların qarşısını almaq çətindir. Sağlam rəqabət mühiti olsa, müştəriləri cəlb etmək üçün qiymətlər daha sabit qala bilər. Lakin bayramqabağı dövrdə bu vəziyyətdən istifadə edilməsi artıq adət halını alıb.

Aprelin ilk günlərindən etibarən qiymətlər yenidən normallaşacaq”.

Yenisirvanli.info.az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930