Gələn il dünyada qıtlıq olacaq

19-10-2026, 10:37 0 dəfə baxılıb

 

Birləşmiş Millətlər Təşkilatının ("BMT") Əməliyyat Xidmətləri İdarəsinin (UNOPS) rəhbəri və BMT-nin məsələ üzrə məsul rəsmisi Xorxe Moreyra da Silva Yaxın Şərqdə artan gərginlik fonunda dünya ərzaq təhlükəsizliyi ilə bağlı kritik xəbərdarlıqla çıxış edib.
 
Yenisirvanli.İnfo.Az xəbər verir ki, BMT rəsmisi ABŞ və İran arasında Hörmüz boğazı üzrə razılığın əldə olunmasının həyati əhəmiyyət kəsb etdiyini bəyan edib.
 
Xorxe Moreyra da Silva mövcud risklərin miqyasını vurğulayaraq bildirib: 
 
"Çox qısa zaman qalıb. Yaxın günlərdə Hörmüzlə bağlı ABŞ və İran arasında anlaşma olmasa, dünyada gübrə və ərzaq qıtlığı başlaya bilər. Ən azı bir neçə aylıq və ya həftəlik dəhliz yaradılmalıdır. Vəziyyət həqiqətən də çox ciddidir."
 
Ekspertlər də uzun müddətdir ki, bu təhlükəyə diqqət çəkirlər. Tədarük zəncirində kəsilmələr davam edərsə və yaxın vaxtlarda hər hansı diplomatik irəliləyiş baş verməzsə, gələn ildən etibarən bütün dünya dərin qida və ərzaq böhranı ilə üz-üzə qala bilər. /yenisabah/
Yenisirvanli.İnfo.Az  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031